Amerika hərbçiləri “Əl-Qaidə” ilə əlaqəsi olan “Hürrəsəddin” terror qruplaşmasının liderlərindən birini məhv edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın məlumatına görə, dəqiq aviazərbənin hədəfi Hürrəsəddinin yüksək rütbəli hərbi komandiri Məhəmməd Yusuf Zia Talai olub.
Fevralın ortalarında ABŞ Silahlı Qüvvələrinin fevralın 15-16-da Suriyadakı “Əl-Qaidə” liderlərindən birinə qarşı dəqiq aviazərbələr həyata keçirərək onu məhv etdiyi də bildirilirdi.