ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

0
176

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Departamentinin direktoru Mark Kemeron Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik bölgəsinə səfər edib.

Bu barədə bazar ertəsi ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mark Kemeron Qeqarkunik rayonuna – Vardenis və Sotk yaşayış məntəqələrinə səfər edib, Ermənistan Silahlı Qüvvələrinin ikinci korpusunun komandiri ilə görüş keçirib, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Səfər zamanı o, Cənubi Qafqazda davamlı sülh məsələlərində ABŞ-ın dəstəyini bir daha vurğulayıb”, – məlumatda bildirilib.