ABŞ Dövlət Departamenti İranın Rusiyaya PUA tədarükü barədə yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan verilən açıqlamada Tehranın Moskvaya öz dronlarını verəcəyi təqdirdə hər iki ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunacağı bildirilib.
Qeyd edək ki, bu yaxınlarda dünya mediasında Rusiya hərbçilərinin İran istehsalı “Şahed-191” və “Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başladıqları haqda məlumatlar dərc olunub.