ABŞ-dan “Zəngəzur dəhlizi” açıqlaması: İran çox zəifdir, Türkiyə və Azərbaycan bunu etsə…

0
14

Bəşər Əsəd hökumətinin devrilməsi ilə Türkiyənin mövqeyi xeyli güclənib.

Bunu Cənubi Alabama Universitetinin Siyasi Elmlər Departamentinin professoru Nader Entessar deyib.

“Əsəd rejiminin süqutu Ərdoğana öz siyasətini təbliğ etmək və genişləndirmək üçün unikal bir fürsət verdi. Türkiyə hesab edir ki, İranın Qafqazdakı strateji mövqeyi durmadan zəifləyir.

Ermənistan da zəifdir, Rusiya isə ona ciddi kömək təklif edə bilmir. İranın strateji mövqelərinin zəifləməsi elə bir vəziyyət yaradıb ki, nə Ankara, nə də Bakı Tehranın “qırmızı xətləri” ilə bağlı xəbərdarlıqlarını ciddi qəbul etmir. Ona görə də Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsini başa çatdırmaq üçün əsaslı addım atsalar, təəccüblənməyəcəm”, – deyə o qeyd edib.