ABŞ-dan terrorla bağlı xəbərdarlıq: İstanbulda bu yerlərə getməyin

0
223

ABŞ İstanbulun mərkəzində mümkün terror aktları ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
ABŞ səfirliyi 30 yanvar bazar ertəsi öz həmvətənlərinə İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib

Bu barədə RİA Novosti məlumat yayıb.

Amerika departamentinin xəbərdarlığından belə çıxır ki, “ABŞ səfirliyi vətəndaşlara cavab xarakterli terror hücumları, kilsələr, sinaqoqlar, İstanbuldakı diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlərdə…” xəbərdarlığını edir.

Həmçinin, Amerika vətəndaşlarına İstanbulun ən təhlükəli ərazilərinin Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsi ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bundan əlavə, ABŞ səfirliyi izah edir ki, Türkiyə hakimiyyəti bu problemlə məşğuldur və amerikalılar izdihamdan qaçmalı və diqqətli olmalıdırlar