Azərbaycan təbii qazının Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) dörd il yarımdan çox davam edən tikintisinin başa çatmasını ABŞ dəstəkləyib.
ABŞ-ın Dövlət Departamentinin Enerji resursları bürosu rəsmi “Twitter” səhifəsində bu barədə paylaşım edib.
Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.
#EuropeanEnergySecurity advances with the Trans Adriatic Pipeline being substantially complete. The TAP pipeline has been filled with natural gas from the #Greek border up to the pipeline receiving terminal in #Italy. https://t.co/4ZI4qBGDuw
— EnergyAtState (@EnergyAtState) October 14, 2020