ABŞ-dan Qarabağ açıqlaması: Hazırıq…

0
572

ABŞ Ermənistan və Azərbaycan arasında Qarabağ konfliktinin həllinə dair dialoqu genişləndirmək niyyətindədir.

Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton paylaşıb.

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dialoqu genişləndirmək üçün nəzərdə tutulan görüşünü səbirsizliklə gözləyirəm. ABŞ regionda sülhün əldə edilməsi üçün yardıma hazırdır”, – o bildirib.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutacaq.