ABŞ-dan olan 17 yaşlı sprinter Useyn Boltun rekordunu üstələdi – VİDEO

0
424

ABŞ-dan olan 17 yaşlı yüngül atlet Errion Nayton yeniyetmələr arasında 200 metr məsafəyə qaçışda müəyyənləşdirdiyi göstərici ilə Useyn Boltun yeniyetməlik dövründəki rekordunu qırıb.

“The Guardian” xəbər verir ki, E.Nayton 200 metr məsafəni 20,11 saniyəyə qət edib.

Qeyd olunur ki, bu distansiyada sonuncu dəfə ən yaxşı göstərici Useyn Bolta məxsus olub.

Yamaykalı 2003-cü ildə 200 metr məsafəni 20,13 saniyəyə qaçıb.

Bildirilir ki, E.Nayton Tokio Yay Olimpiya Oyunları üçün təşkil olunacaq seçmə yarışlarda da qüvvəsini sınayacaq.