ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.
Bu barədə ABC telekanalında məlumat verilib.
O vurğulayıb ki, Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bildirib. Uolts respublikanın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “bütün variantların” masa üzərində olduğunu söyləyib. ABŞ prezidentinin köməkçisi qeyd edib ki, Tehran nəticələrlə üzləşə bilər.
“Ancaq istənilən halda, barmağını nüvə düyməsinə basan ayətullahlarla barışa bilmərik. Biz nüvə silahının yayılması baxımından Yaxın Şərqdə silahlanma yarışına gətirib çıxaran vəziyyətə getməməliyik. Prezident Tramp isə bu və ya digər şəkildə bunu etməkdə qərarlıdır”, – deyə Uolts bildirib.