ABŞ Hesablama Palatası son 20 ildə davamlı müharibələr nəticəsində silahlı qüvvələrin döyüş hazırlığının azaldığını açıqlayıb.
Bu barədə RT kanalı departamentin hesabatına istinadən xəbər yayıb.
Sənəd müəllifləri ABŞ-ın quruda, dənizdə, havada və kosmosda olduğu kimi kiberməkanda da əvvəlki üstünlüklərini itirdiyini bildiriblər.
Analitiklər bunu ABŞ-ın əsas rəqiblərinin – Rusiya və Çinin hərbi potensialının artması ilə əlaqələndirirlər.