ABŞ-dan Ermənistana ŞOK TƏKLİF: Rusiya qoşunlarını çıxartsan…

0
222

ABŞ İrəvandan tələb edir ki, Rusiya bazasını və sərhədçilərini ölkədən çıxartsın.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ Ermənistana vəd verib ki, Rusiya qoşunlarını ölkədən çıxartsa, təhlükəsizliyinə təminat lacaq.

“Bu, açıqcasına təxribatdır, diplomatiya deyil… Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, – Lavrov deyib.

Lavrov, həmçinin xatırladıb ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir.

“Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən, qaçmayan Misir prezidenti Hüsnü Mübarəki tərk etdi. Birləşmiş Ştatlar iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyindən uzaqlaşdı”, – Lavrov xatırladıb.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşdirilib. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti də İrəvanda yerləşən Erebuni aviabazasıdır