ABŞ-dan Ərdoğan-Putin razılaşmasına ilk reaksiya

0
536

Rusiya ilə Türkiyə arasındakı razılaşmaya əsasən, Demokratik Suriya Qüvvələri Suriya-Türkiyə sərhədindən 30 kilometr uzaqlaşdırılmalıdır. Buna şübhə ilə yanaşırıq.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Soçidə Ərdoğan-Putin razılaşmasına münasibət bildirərkən deyib.
“Rusiya və Türkiyə Suriyanın şimalında 10 kilometr dərinliyində patrul fəaliyyəti həyata keçirmək istiqamətində razılaşdı, ancaq kürdləri (YPG-PKK-SDQ nəzərdə tutulur) bu regiondan çıxarmaq mümkün deyil”, – Cefri söyləyib.