Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən zəlzələdən sonra yerin səthində kosmosdan görünən nəhəng çat müəyyən edilib.
Bu barədə “SFGate” saytı məlumat yayıb.
4-6 iyul tarixlərində lentə alınan fotolarda nəhəng yarıq aydın görünür.
Bundan əlavə, əraziyə yaxın magistrallarda da çatların əmələ gəldiyi bildirilib.