ABŞ-dakı seçkilərdən sonra dolların məzənnəsi necə olacaq? – BƏDBİN PROQNOZ

0
29

Dünya bazarında dolların məzənnəsi istənilən halda yüksələcək, çünki ABŞ prezidentliyinə namizədlərini irəli sürmüş hər iki partiya öz strategiyasına sadiqliyini qoruyub saxlayır.

Ekspertlərin bu barədə fikirləri “RİA Novosti”də yer alıb.

ABŞ-ın 47-ci prezidentinin müəyyənləşdirilməsi üçün seçkilər noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.

“Freedom Finance Global”ın analitiki Vladimir Çernov qeyd edir ki, tarixi qanunauyğunluqlara nəzər salsaq, ABŞ dollarının dəyəri çox vaxt respublikaçıların qələbəsindən sonra azalır, demokratlar qalib gələndə isə artır.

Məsələn, ABŞ prezidenti Donald Trampın dövründə dolların indeksi 12% zəiflədi. Sonrakı iki il ərzində dollar indeksi tədricən Trampın prezidentliyi dövründəki səviyyəyə qayıtdı, lakin Trampın prezidentliyinin son ilində dollar bütün bu qazanclarını yenidən itirdi.

Ekspertlərə görə, Trampın prezidentliyi dövründə dollar əsasən zəif, Baydenin prezidentliyi dövründə isə güclü olub və bu, dolların demokratlar dövründə möhkəmləndiyi, respublikaçılar dövründə isə zəiflədiyi statistikasını təsdiqləyir.

“BCS World of Investments”in eksperti deyib ki, Trampın qələbəsi dolların xeyrinə oynaya bilər: “Dollardakı sərmayəçilər Trampın şifahi müdaxilələri səbəbindən riskli aktivlərdən çıxa bilər, əgər Kamala Harris qalib gəlsə, bu da dollar artımının lehinə amildir”.

Sonda bildirilir ki, ABŞ-da keçiriləcək prezident seçkiləri çox güman ki, dolların məzənnəsinin formalaşmasına təsir etməyəcək: “Trenddən fərqli olaraq müəyyən volatillik yarana bilər. Bu, hər iki tərəfin öz strategiyasında yerli istehsala aktiv dəstək verməsi ilə izah olunur ki, bu da FED-in mövcud vəziyyətə uyğun aparılacaq pul siyasətidir”.

Qeyd edək ki, sentyabrın 27-dən dollar indeksi artıq 4%-dən çox artıb və iyulun sonundan ən yüksək həddə çatıb – təxminən 104,5 bənd.