ABŞ-da zavodda partlayış, yaralılar var – Yenilənib+Video

0
573

ABŞ-ın İllinoys ştatının Uokiqan şəhərində partlayış olub.

Bu barədə yerli polis rəsmi tvitter hesabında məlumat yayıb. Hadisə yerinə xilasedici dəstənin və həkimlərin göndərildiyi bildirilir.

Polis əməkdaşlarının sözlərinə görə, partlayış texnogen mənşəli ola bilər.

Hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.

****

Partlayışın kimyəvi zavodda baş verdiyi məlum olub. Hadisə nəticəsində azı 4 nəfər yaralanıb. İnsident zamanı zavodda olan əməkdaşların sayı və partlayışın səbəbi dəqiqləşdirilir.

Zavoda ciddi ziyan dəydiyi bildirilir.