ABŞ-ın Şimali Karolina ştatında qeyri-adi üsulla koronavirus peyvəndinə diqqət çəkilib.
Belə ki, ştatın ən böyük şəhəri Şarlottanın küçələrində dəfn bürosunun reklamı və “Peyvənd olunmayın!” yazısı olan yük maşınları dolaşır.
Sakinlərin sözlərinə görə, bu qeyri-adi şüar həqiqətən də diqqəti cəlb edir.
Yük maşını şəhərin ətrafında gəzir, görünüşü ilə insanları peyvənd olunmaları barədə düşündürür.