ABŞ-da “delta” ştammına yoluxma hallarının artması fonunda Florida ştatında uşaq xəstəxanaları COVID-19 xəstələri ilə dolub-daşır.
Bu barədə CNN xəbər verib.
Belə ki, ötən gün ştatda koronavirusa yoluxmuş 172 uşaq qeydə alınıb ki, bu son dərəcə yüksək göstəricidir.
Florida Beynəlxalq Universitetinin yoluxucu xəstəliklər şöbəsindən tibb işçilərinin tükəndiyi, uşaqların isə əziyyət çəkdiyi bildirilib.
“Bu tamamilə dəhşətlidir. Uşaqlarımız çox ağır zərər çəkib. Bundan əvvəl belə göstəriciləri görməmişik”, – deyə şöbədən əlavə edilib.
Telekanalın məlumatına görə, koronavirusa yoluxan uşaqların xəstəxanaya yerləşdirilmə sayının artması digər ştatlarda da qeydə alınıb.