ABŞ-da təhsil almaq arzusunda olanlara ÜZÜCÜ XƏBƏR

0
17

ABŞ rəhbərliyi tələbələr üçün viza müsahibələrinin keçirilməsini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Politico” qəzeti hökumət sənədlərinə istinadla məlumat yayıb.

“Administrasiya ABŞ-ın səfirliklərinə və konsulluqlarına belə tələbə vizası müraciətçiləri üçün yeni müsahibələrin təyin olunmasını dayandırmağı tapşırır”, – bu barədə dövlət katibi Marko Rubionun ofisi tərəfindən yayılan teleqramda deyilir.

Qeyd edilib ki, bu addım Ağ Evin ABŞ-da təhsil almaq istəyən əcnəbilərin sosial şəbəkə hesablarının məcburi yoxlanılması imkanını nəzərdən keçirməsi fonunda atılıb.

Bundan əlavə, 22 mayda ABŞ hakimiyyəti Harvard Universitetinin xarici tələbələri qəbul etmək lisenziyasını ləğv edib, bu da faktiki olaraq onların ölkəyə girişinin qarşısını almaq demək idi. Universitet dərhal reaksiya verərək federal hökumətə qarşı məhkəmə iddiası qaldırıb və artıq 23 mayda məhkəmə həmin qərarın icrasını müvəqqəti olaraq dayandırıb.