ABŞ-da “Squid Game” geyimləri qadağan edildi

0
329

ABŞ-da qeyd edilən “Helouin” bayramında populyar “Squid Game” (Kalmar oyunu) serialının geyim dəstlərindən istifadə etmək qadağan olunub.

Müvafiq qərar bir çox məktəb rəhbərlikləri tərəfindən qəbul edilib.

Bu geyimlərin serialdakı qanlı oyunlar və zorakılıqla zəngin səhnələri xatırlatdığı bildirilib.

Qeyd edək ki, serial “Netflix” tərəfindən 18+ kateqoriyası üçün yayımlanır. Lakin serialdakı oyunlar artıq azyaşlılar arasında da populyarlaşıb.