ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq

0
15

ABŞ senatoru Lindsi Qrem və Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiya ilə müharibəyə sürükləmək niyyətindədirlər.

Bunu “X” sosial şəbəkəsində ABŞ prezidentinin siyasi və strateji məsələlər üzrə keçmiş müşaviri Stiv Bennon deyib.

“Biz Qrem və Zelenskinin ABŞ-ı III Dünya müharibəsinə sürükləməsinə icazə verə bilmərik”, – deyə o vurğulayıb.

Bennon həmçinin Qremin vətəndaşlığının ləğv edilməsini və ya həbs edilməsini istəyib, onu ABŞ-ı Rusiya ilə münaqişəyə sövq etməkdə ittiham edib.