ABŞ-da Qarabağla bağlı TƏHLÜKƏLİ OYUN: 30 senator…

0
485

ABŞ-da erməni lobbisi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan tərəfindən yaradılan separatçı rejimə maliyyə yardımının artırılması istiqamətində hərəkətə keçib.

ABŞ-ın 30 senatoru Qarabağda guya minaların təmizlənməsi və bərpa xidmətinin göstərilməsi üçün 2021-ci ildə separatçı rejimə verilən maliyyənin artırılması təşəbbüsünə qoşulub.

Bu haqda məlumatı ABŞ-dakı erməni diasporunun “Ay-Data komissiyası” yayıb.

Nümayəndələr Palatasının maliyyə yardımları komitəsinin rəhbərliyində təmsil olunan senator Robert Menendes ABŞ-ın humanitar proqramları üzrə 2021-ci ildə Qarabağdakı separatçı rejimə 1,5 milyon dollar əlavə vəsaitin ayrılması təşəbbüsünü irəli sürüb. Bununla yanaşı, Qarabağda bərpa işlərinin həyata keçirilməsi üçün də əlavə vəsaitin ayrılması məsələsi qaldırılıb.