ABŞ-da polis bölməsinin ləğvi üçün səsvermə keçiriləcək

0
339

ABŞ-ın Minnessota ştatının Minneapolis şəhəri tarixi bir hadisəyə hazılaşır.

“Yes4Minneapolis” şüarı ətrafında birləşən 34 yerli vətəndaş cəmiyyəti təşkilatının yaratdığı koalisiya vaxtilə Corc Floydun qatili Derek Şovinin çalışdığı polis departamentinin ləğvi üçün ictimai səsvermə keçirməyi planlaşdırır.

Səsvermə müsbət nəticələnərsə, yerli polis departamentinin yerini İctimai Təhlükəsizlik Departamenti adlı yeni bir qurumun alacağı bildirilir.