ABŞ prezidenti Donald Trampın administrasiyası miqrantları dinləmədən, sığınacaq tələblərini rədd edərək onların deportasiyası prosesini mümkün olduğu qədər sürətləndirmək niyyətindədir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“ABŞ Ədliyyə Departamenti federal immiqrasiya hakimlərinə sığınacaq tələbləri ilə bağlı sənədlərini hərtərəfli nəzərdən keçirməyi tapşırıb”, – bəyanatda deyilir.
Bundan əvvəl bildirilib ki, Tramp administrasiyası hakimiyyətinin ilk ilində bir milyona qədər miqrantı deportasiya etmək niyyətindədir.
Xatırladaq ki, Tramp 2024-cü ildə ABŞ hökumətinin dörd il ərzində bütün qeyri-qanuni mühacirləri deportasiya etməyi planlaşdırdığını bəyan edib. O əlavə edib ki, proses gənc yaşda ABŞ-a qeyri-qanuni yollarla daxil olmuş və artıq uzun illər bu ölkədə yaşayan insanlar üçün istisna oluna bilər.