ABŞ-da məktəblərin açılmasına qarşı “tabut və cəsədlər”li etiraz

0
447

ABŞ-ın Nyu-York şəhərində insanlar məktəblərin açılmasına qarşı etiraz edərək “tabutlar və cəsədlər”lə küçələrə çıxıblar.

Aksiyada iştirak edən şagirdlər, onların valideynləri və müəllimlər hamısı maskada olublar.

Etirazçılar əyani təhsilə keçid zamanı yoluxma sayının yenidən artacağından qorxurlar: tabut və torbalarda olan “cəsəd” maketləri uşaqların məktəbə qayıtmasının nəticələrini əks etdirib.

Aksiyada “Məktəblər son dərəcə təhlükəlidir”, “Mən pediatriya deyil, poeziya tədris edirəm”, “Tələbələrin həyatı vacibdir!” kimi şüarlar səsləndirilib.

Etirazçıların Müəllimlər Federasiyasının qərargahından Təhsil Şöbəsinin ofislərinə doğru yürüş etdikləri qeyd olunur.

Avqustun əvvəlində Nyu-York Bələdiyyə Başçısı Bill de Blasio, sentyabr ayında şəhər məktəblərinin açılması planını təqdim edib. De Blasio COVID-19-a yoluxma həddinin üç faizdən çox olmadığı təqdirdə oflayn təhsilə keçməyi təklif edib.

Eyni zamanda, təlim bütün həftə deyil, müraciət edənlərin sayından asılı olaraq cəmi iki-üç gün olacaq.