ABŞ-da koronavirusa qarşı supervaksin hazırlanır

0
326

Amerikalı hərbi həkimlər kovidə qarşı yeni vaksinin klinik sınaqlarının uğurla bitdiyini elan ediblər.

Milli Hərbi-tibbi mərkəzdə yaradılmış vaksin nəinki Omikrondan, bütün digər ştamlardan, hətta kovidə bənzər qohum infeksiyalardan da qoruya bilər.

Lakin ÜST bu vaksinə qarşı şübhəli yanaşır, belə bir preparatın mümkünlüyünü inandırıcı hesab edir.

Ferritin əsaslı SpFN vaksininin siçanlar və meymunlar üzərində sınaqları ümidvericidir.Vaksini icad edən hərbi alimlər iddia edir ki, geniş spektrli preparat bütün koronaviruslardan, eləcə də mutasiyalardan qorumağa qadirdir.