San-Dieqo (ABŞ) zooparkında həkimlər qorillanın gözündə mirvari suyunu (katarakta) aradan qaldırıblar.
BBC xəbər verir ki, göz cərrahı Kris Xeyxel ilk dəfə olaraq meymunu əməliyyat edib.
Lesli ləğəbli üç yaşlı qorillanın sol gözü görmə qabiliyyətini itirmək üzrə idi. Zoopark işçiləri bunun zədə nəticəsində baş verdiyini ehtimal edirlər.
Həkimlər əzələlərin farmaseptik blokatorundan istifadə edərək Leslinin gözünü hərəkətsizləşdiriblər. Daha sonra cərrah bulanıq billurcuğu sunisi ilə əvəz edib.
Meymun əməliyyatdan sonra reabilitasiya keçərək sürüsünə qayıdıb.