ABŞ-da bir malikanənin dənizə tərəf olan eyvanı çökdü: Ağır xəsarət alanlar var –

0
287

ABŞ-ın Los-Anceles şəhərinin məşhur Malibu çimərliyində yerləşən malikanələrin birində bədbəxt hadisə baş verib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, əyləncə məclisinin keçirildiyi malikanənin eyvanı çöküb və nəticədə doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlardan dördünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə malikanənin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.