ABŞ-da atışma zamanı azı 2-i uşaq olmaqla, azı 6 nəfər yaralanıb

0
689

ABŞ-da atışma olub.

bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hadisə Çikaqoyaxınlığında, İllinoys ştatında baş verib. Uest İnqlvud yaşayış məntəqəsində ailəvi şənlik mərasimi zamanı baş verən atışma zamanı 6 nəfər yaralanıb. Məlumata görə, yaralılar arasında 2 uşaq da var.

Hadisəni törədənin şəxsiyyəti və cinayətin səbəbi barədə məlumat yoxdur.

Daha əvvəl Birləşmiş Ştatların Sietlşəhərində silahlı insident zamanı 2 nəfər ölüb.