ABŞ-ın Virciniya-Biç şəhərində bələdiyyə binasına silahlı hücum olub.
Hadisə nəticəsində 12 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq cərrahi əməliyyat olunublar.
Polisin məlumatına görə silahlı şəxs bələdiyyə binasına daxil olaraq qarşısına çıxan insanlara atəş açıb. Polis dərhal hadisə yerinə gəlib. Atışma nəticəsində cinayətkar şəxs öldürülüb.