ABŞ-ın Alyaska ştatının tərkibinə daxil olan Aleut adalarında 6 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya verib.
Zəlzələ yerli vaxtla 05:01-də Amaktiqnak adasından 60 kilometr şərqdə, zəlzələ ocağı isə 27,3 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində insan itkisi və ya dağıntılar barədə informasiya yoxdur.