ABŞ-dən başlayıb, Azərbaycana qədər uzanan terror – VİDEO

0
169

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu molla rejiminin qanlı siyasətinin daha bir nümunəsi adlandırmaq olar. Ötən gün gördüklərimiz bizi dəhşətə gətirsə də, İranın tarixi keçmişini bir qədər vərəqləyəndə bu terakt heç də təəccüb doğurmur.

Bu barədə Baku TV-nin hazırladığı süjetdə deyilir.

Bildirilir ki, ölkə xüsusən də 1979-cu il inqilabından sonra illərdir davam edən “vilayəti-fəqih” rejiminin təsiri altında terror yuvasın çevrilib. İnqilabdan sonra İranın imzası ilə baş tutan qanlı hücum 1979-cu ilin noyabrında ölkədə şahın devrilməsindən az sonra bir qrup radikal Xomeyni tərəfdarlarının Amerika səfirliyinə hücumudur.

Qeyd edilir ki, İrandakı teraktın növbəti qurbanı isə İngiltərə səfirliyi oldu. Belə ki, 2011-ci il noyabrın 29-da bir qrup iranlı etirazçı İngiltərənin Tehrandakı səfirliyinə və Böyük Britaniyanın digər diplomatik nümayəndəliyinə basqın edərək sənədləri oğurlayıb binaya od vurdular.

Xarici səfirliklərə hücum ssenarisi növbəti dəfə Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki Konsulluğunda təkrarlandı.

Daha ətraflı Baku TV-nin süjetində: