ABŞ-də yeni şəhər yarana bilər

0
13

ABŞ-nin Texas ştatında İlon Maska məxsus “Space X” kosmodromunun yerləşdiyi Starbeyzdə yaşayış məntəqəsinin şəhər kimi qeydiyyatdan keçməsi ilə bağlı səsvermə baş tutub.

Səsvermədə nəzərdə tutulan şəhərin sərhədləri daxilində yaşayanlar – azı 300 nəfər iştirak edə bilərdi.

Səsvermədə cəmi 218 nəfər iştirak edib. 212 seçici “SpaceX”in obyektlərinin və yaşayış komplekslərinin birləşdirilərək şəhərə çevrilməsini dəstəkləyib, altısı əleyhinə səs verib.

Bülletenlər sayıldıqdan sonra dairə komissarları tərəfindən təsdiqlənməlidir, bundan sonra şəhər qeydiyyata alına bilər.

İ.Mask məsələ ilə bağlı “X” sosial şəbəkə hesabında yazıb: “Starbeyz, Texas. İndi əsl şəhərdir!”.