ABŞ Almaniyadakı hərbi texnikanı Ermənistandakı poliqonlara köçürəcək.
Bu barədə “Rossiya Today” saytı ABŞ sənədlərinə istinadən yazıb.
Sənədlərdən məlum olur ki, hərbi texnikanın Ermənistana Gürcüstan vasitəsilə daşınması planlaşdırılır.
“ABŞ komandanlığı Almaniyanın Dülmen şəhərində yerləşən hərbi bazadakı texnikanı Ermənistandakı Zar bazasına daşımağı planlaşdırır. Köçürülmə prosesi iyulun 16-da başlanacaq, avqustun 7-nə qədər davam edəcək” – sayt yazır.
ABŞ hərbi texnikasının Ermənistana köçürülməsi iki ölkənin mümkün hərbi təlimləri ilə bağlı ola bilər.