ABŞ hakimiyyəti koronavirusun müalicəsində istifadə edilən “Remdesivir” preparatının dünya ehtiyatlarının 90%-ni alıb.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mənim administrasiyam “Remdesivi” preparatının dünya ehtiyatının 90%-i üzərində nəzarəti təmin edib. Bu preparat möhtəşəm təsirə sahibdir”, – deyə o bildirib.