ABŞ-ın 59-cu prezident seçkilərinə qarşı etiraz aksiyası baş qaldırıb.
Nəticələrin qeyri-müəyyənliyi və poçt vasitəsilə istifadə edilən səslər məsələsində yaranan mübahisə protest edilib.
Nyu-York, Filadelfiya, Çikaqo və Los Anceles başda olmaqla, ölkənin hər tərəfində gecə iğtişaşları davam edir.
Demokrat namizəd Co Baydenin qalib gəldiyi Nyu-Yorkun iki bölgəsində tərəfdarları yürüş keçirib.
“Union” meydanında yolu bağlayan etirazçılar polisin müdaxiləsi ilə qarşılaşıb. Burada həbslər baş verib.
Filadelfiya, Detroit və Çikaqoda “bütün səsləri say” şüarları səsləndirilib. Miçiqanda vəziyyət gərginləşib.
Los Anceles şəhərində kütləvi həbslər qeydə alınıb.
Paytaxt Vaşinqtonda da kütləvi mitinq qaydalarına əməl olunmadığı üçün etirazçılar polis tərəfindən həbs olunub.
Etirazların sabah da bir çox şəhərdə davam etməsi gözlənilir.