ABŞ, Almaniya, Fransa və Böyük Britaniya liderləri 30 oktyabr tarixində Romada G20 sammiti çərçivəsində İranın nüvə sazişi üzrə danışıqların bərpasını müzakirə edəcəklər.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Onun (Co Bayden – red.) Almaniya, Fransa və Britaniya liderləri ilə İrana həsr edilən görüş keçirmək imkanı olacaq. Görüşdə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış imkanları müzakirə olunacaq”, – deyə amerikalı rəsmi bildirib.