ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək

0
556

06:00

56
16
797

ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək

Mütəxəssislər tərəfindən istifadəsinə icazə veriləcəyi təqdirdə, ABŞ təxminən 600 milyon doza koronavirus peyvəndi istehsal etməyə hazırlaşır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Peyvəndlərlə bağlı bəzi yaxşı xəbərlərimiz var. “Moderna” adlı şirkətlə 100 milyon doza vaksini istehsal etmək üçün razılaşma əldə olunub. Federal hökumət dozaların alınmasını maliyyələşdirəndən sonra biz onları alacağıq”, – deyə, D.Tramp bildirib.

D.Tramp əlavə edib ki, üç namizəd peyvənd artıq klinik sınaqların son mərhələsindədir və hökumət vaksinin istehsalına böyük sərmayə qoyur: “100 milyon dozanı tez bir zamanda istehsal etmək yolundayıq. Mütəxəssislər tərəfindən təsdiqlənəndən dərhal sonra daha 500 milyon doza istehsal olunacaq”.