ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot açıqlayıb.
Onun sözlərinə görə, məhdudiyyətlər korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu bildirilən 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil olunub. Onların arasında keçmiş və hazırkı prokurorlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər var.
Bəzi şəxslərin əvvəllər verilmiş ABŞ vizalarının da ləğv ediləcəyi bildirilib.



