Dondurmanın faydaları və zərərləri

0
989
Yay aylarının ən dadlı, vazkeçilməz təamlarından olan dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalı hesab olunur.
Bu maddələrin ən gözəl qaynağı süd və süd məhsullarıdır. Ancaq 100 qr süddəki kalsium və fosforun miqdarı konsentrasiyasındakı sıxlıqdan asılı olaraq dondurmada daha çoxdur. Dünya Səhiyyə Təşkilatı 1-10 yaşlarında 800 mq, 11-24 yaşlarında 1200 mq, sonra isə gündə 800 mq kalsium qəbulunu tövsiyə edir. Yetkinlik və klimaks dövründə buna daha çox ehtiyac duyulduğu üçün bu yaşlarda olanlar B və A qrupu vitaminləri ilə zəngin dondurma yeməlidir.
Ancaq dondurmanın gündə 100 qr-dan artıq yeyilməsi artıq çəki ilə bağlı problemlərə səbəb ola bilər. 100 qr dondurmada 190-200 kalori mövcuddur. Bununla bağlı xüsusilə valideynlərin uşaqların dondurmadan istifadəsini nəzarət altında saxlamaları onların sağlamlığı üçün xeyirli olar.
Bəs pəhriz saxlayanlar dondurma yeyə bilərmi?
Pəhriz saxlayan insanların pəhrizlərində adətən şirniyyat kimi dondurma yemələri məsləhət görülür. Lakin miqdara da diqqət etmək lazımdır. Dondurma digər şirniyyatlara nisbətən daha az kaloriyə malik olmaqla daha bəsləyici qida hesab olunur. Balanlaşdırılmış və sağlam bir qidalanma proqramında, həmçinin idman hərəkətləri proqramına əməl etməklə həftədə 1-2 dəfə qatqısız dondurma yeyilməsi tövsiyə olunur.
Ancaq dondurmanın kalori miqdarı istehsal zamanı onun tərkibinə qatılan məhsullardan asılı olaraq dəyişə bilər. Aromatik maddələr, biskit, vafli, fındıq və fıstıq kimi dadlandırıcılar bu göstəricini artıra bilər. Məsələn, 100 qr sadə dondurmada 140 kalori vardır. 100 qr karamelli dondurmada bu rəqəm 265 kalori, 100 qr vanilli – 235, 100 qr bananlı  – 225, 100 qr şokoladlı – 220, 100 qr çiyələkli dondurmada 180 kaloridir.
 
Dondurmanın faydaları nələrdir?
Qida mütəxəssisləri vərdiş etdiyimizin əksinə olaraq dondurmanın hətta qışda da yeyilməsini tövsiyə edirlər. Onlar sağlam şərtlərdə istehsal edilən və qorunan dondurmaların heç bir zərəri olmadığını, əksinə, insan sağlamlığına çox faydaları olduğunu qeyd edirlər.
– Stressə qarşı dondurma yeyin. Mütəxəssislərin fikrincə, dondurmanın sümükləri gücləndirməklə yanaşı verdiyi enerji stress ve yorğunluğu azaltma gücünə malikdir.
– Dondurma bol miqdarda karbohidrat ihtiva edir. Dondurma yeyərək daha çox enerjili ola bilərsiniz.
– Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun kişilərə yenidən gümrahlıq verir.
– Südlü dondurmalarda triptofan maddəsi vardır ki, bu da zülalların təməl daşı olan əhəmiyyətli bir amin turşusudur. Triptofan insana xoşbəxtlik verici bir hormon olduğu üçün insanı rahatladır. Mütəxəssislər çox stress keçirən insanlara heç çəkinmədən dondurma yemələrini məsləhət görür.
– Hər 100 mililitr dondurmada 125 milliqram miqdarında sümüklərin əsas maddəsi olan kalsium mövcuddur. Bu da sümüklərin güclənməsini təmin edir.
Dondurma xəstəliyə səbəb olmur
Dondurma əslində xəstəliyə səbəb olmur. Ancaq istehsal əsnasında qida maddələri nizamnaməsinə əməl etmədən sintetik maddələrdən istifadə olunması, düzgün paylama və saxlama qaydalarına əməl olunmaması xəstəlik yarada bilər. Süd məhsulları tez xarab olan və faydasını tez itirən məhsul olduğu üçün sağlamlıq şərtlərinə əməl olunaraq istehsal edilən və sağlam qablaşdırmada satışa çıxarılan dondurmalar yeyilməlidir. Həmçinin yedikdən sonra ağzın yaxşıca yaxalanması və xüsusilə də uşaqların gündə iki dəfə dişlərini fırçalamaları məsləhət görülür.
Bəzən valideynlər artıq çəki yarada bilər qorxusu ilə uşaqlara dondurma verməkdən çəkinir. Lakin şokolad, halva və xəmirdən hazırlanan şirniyyatlar eyni miqdarda dondurmadan 3-4 dəfə çox enerji verir. Həmçinin dondurmanın tərkibində protein, karbohidrat və yağlarla yanaşı A, C, D, E və B qrubu vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, potasium, sink və dəmir kimi minerallar da vardır.
Dondurmanın farengit yarada biləcəyi düşüncəsi də bəzi insanları bu qidadan imtina etməyə vadar edir. Lakin bunun da qaydaları var. Farengit olmamaq üçün dondurmanı bədən temperaturunun həddindən artıq yüksəldiyi vaxtlarda sərinləmək məqsədilə yeyilməməsinə, qızmar istilərdə dondurmaya “hücum çəkməməyə” diqqət etmək lazımdır. Mümkün olduğu qədər 1 fincan otaq temperaturunda olan su ilə udumlayaraq yavaş-yavaş yeyilsə, sağlamlıqla bağlı heç bir problemə səbəb olmaz.
Dondurmanın zərəri varmı?
Memorial Xəstəxanası Qidalanma və Pəhriz Bölümündən diyetoloq Yeşim Çeliyin fikrincə, dondurmanı yeyən zaman ən diqqət etməli olduğumuz məqam dondurmanın sağlamlıq və gigiyena qaydalarına uyğun hazırlanmış olmasıdır. Süd mikroorqanizmlərin törəməsi üçün əlverişli mühit olduğuna görə tez xarab olur. Buna görə də xüsusilə dondurmanın hazırlandığı südün pasterizə olmasına fikir vermək lazımdır. İcazəsiz istehsal edilən və son istifadə tarixi keçmiş məhsullar əsla alınmamalıdır. Həmçinin bu cür qidaların saxlandığı soyuducuların da yetərli soyuqluqda işləməsi önəmlidir.
Marketlərdə alış-veriş səbətlərində unudulan dondurmalar əridikləri  və uzun müddət qaldıqları zaman əsla istifadə edilməməlidir. Həmçinin qablaşdırması pozulmuş dondurmaları da almaq olmaz.
Dondurma acqarına yeyildikdə  iştahı öldürdüyü üçün tox ikən və ara qida kimi yeyilməsi məsləhətdir. Dondurma soyuq şirniyyat olduğu üçün birdən-birə deyil, ağızda əridilərək yavaş udulmalıdır. Tez şəkildə udularsa, mədə sancmalarına və qısılmalara səbəb ola bilər.
Satışda şəkər xəstələri üçün də dadlandırıcılarla hazırlanmış dondurma əldə etmək mümkündür. Aparılan tədqiqatlarda laktoza dözümsüzlüyü olan insanlarda gündə 2 dəfə dondurma yeyildiyi halda bununla bağlı hər hansı əlamət müşahidə olunmayıb. Dondurma yavaş həzm edildiyi üçün bu insanlar tərəfindən asanlıqla qəbul edilir.
Gigiyenik olduğundan əmin olduğunuz dondurmanı biraz meyvə əlavə edərək yemək daha faydalıdır. Xüsusilə kalori miqdarı az, su tərkibi çox olan vişnə ən ideal seçimlərdən biridir. İkindi yeməyində qəlyanaltı olaraq biraz yulaf və ya tam taxıllı qarğıdalı portlağı da əlavə edə bilərsiniz.
Qeyd edilməlidir ki, uşaqların gündə 100 qr-dan artıq dondurma yeməsi köklüyə səbəb ola bilər. Həmçinin 1 yaşdan kiçik olan uşaqlara dondurma verilməsi qida allergiyası yarada biləcəyi üçün təhlükəlidir.