Məktəblərdə dezinfeksiya hansı şəkildə aparılır? – Səhiyyə Nazirliyindən açıqlama

0
277

Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur.

Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib.

O qeyd edib ki, dezinfeksiya edici maddələr mikroorqanizimləri yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır: “Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır.

Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyyəmizə təmas etsə ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər.

Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçündə ilk öncə bu işi görən işçilər xüsusi geyimlərlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”.