ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşdığını bildirib.
Bu barədə o, ABŞ-ın Corciya ştatında keçirilən mitinqdə çıxış edərkən danışıb.
“Yeri gəlmişkən, Danimarka möhtəşəm idi. Onlar Qrenlandiyanı bizə verdilər”, – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, Venesuela ilə bağlı vəziyyət nəzərə alınmasa, bu hadisə tarixə “daşınmaz əmlak sahəsində ən möhtəşəm sövdələşmə” kimi düşəcək. Bununla da ABŞ lideri sentyabrda özü, Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen arasında imzalanmış sazihə münasibət bildirib.
Sentyabrın 19-da Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin olunmasına nəzarətin Vaşinqtona verilməsi barədə razılığa gəldiklərini açıqlayıb. O qeyd edib ki, ABŞ adadakı hərbi mövcudluğunu dərhal artırmağa başlayacaq və Amerikanın rəqibləri orada hərbi bazalar yerləşdirə bilməyəcəklər. Danimarka və Qrenlandiya hakimiyyətləri isə adanın suverenliyinin Vaşinqtona verilmədiyini vurğulayırlar.



