Ermənistanda radikalların narazılığına səbəb olan maraqlı hadisə baş verib.
Araqatsotnun Arteni kəndindəki məktəblərdən birinin fasadında dəyişiklik edilib. Belə ki, sakinlərin narazılıqlarına baxmayaraq, Ermənistanın “milli qəhrəmanı” Andranik Ozanyanın mozaika ilə vurulmuş şəkli fasaddan qoparılıb.
Kriminal xəbər saytı olan “Shamshyan” saytının məlumatına görə, şəkil xüsusi daşlardan hazırlanıbmış. Kəndlilərin məktəbin qarşısında bir neçə gün keşik çəkmələrinə baxmayaraq, mozaika xüsusi avadanlıqla qoparılıb.




