Türkiyəli ekspert: “TANAP və STAR layihələri sayəsində həm Azərbaycan, həm də Türkiyə qazanır” – ŞƏRH

0
631

Türkiyəli ekspert: “Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi Azərbaycan layihələri sayəsində həm Azərbaycan, həm də Türkiyə qazanır”.

Bunu “Damnus Energy & Investment Inc.”in İdarə Heyətinin sədri Nüsrət Cömərd deyib.

Onun sözlərinə görə, bu layihələr idxaldan asılı olan Türkiyə üçün enerji tədarükünün təhlükəsizliyini, neft və qazla zəngin Azərbaycan üçün isə dünya bazarına çıxışı təmin edib.

Ekspert qeyd edib ki, Türkiyə dünyanın ən böyük və sürətlə böyüyən iqtisadiyyatlarından biridir və ölkə bu böyüməni stimullaşdırmaq üçün birbaşa xarici investisiya axtarır.

“Bu mənada TANAP və STAR kimi Azərbaycanın sərmayələri Türkiyə iqtisadiyyatına öz töhfəsini verdi”, – o bildirib.

Ekspert Nüsrət Cömərd

Нусрет Джомерт“Layihələr idxaldan asılı olan Türkiyə üçün enerji tədarükünün təhlükəsizliyini, neft və qazla zəngin Azərbaycan üçün isə dünya bazarına çıxışı təmin edib”.

Nüsrət Cömərdin sözlərinə görə, Türkiyə zəngin neft və qaz ehtiyatları vəbazarlarının kəsişməsində yerləşir və enerji mərkəzinə çevrilmək ambisiyasına və potensialına malikdir. Ekspert vurğulayıb ki, Azərbaycandan alınan qaz hesabına Türkiyədə qaz həcminin artması ölkənin enerji mərkəzinə çevrilməsinə yardım edəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin6milyard kubmetri Türkiyədə istifadə olunacaq,10milyard kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.