2021-ci ildən bəri ən aşağı səviyyə – Türkiyədə inflyasiya səngidi

Türkiyədə istehlak qiymətlərinin artımı sentyabr ayında (2021-ci ilin noyabr ayından bəri) son beş ilin ən aşağı səviyyəsi olan 29,7%-ə düşüb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Avqust ayında ölkədə inflyasiya 31,5 faiz təşkil edib və analitiklər orta hesabla onun 30,3 faizə düşəcəyini gözləyirdilər, lakin rəqəm daha da aşağı olub və uzun müddətdən sonra ilk dəfə 30 faizdən aşağı düşüb.

Aylıq qiymət artımı proqnozlaşdırılan 2,28 faizə qarşı 1,84 faiz təşkil edib. Bununla yanaşı, sentyabr ayında istehsalçı qiymətləri (İQİ) illik müqayisədə 27,4 faiz, aylıq müqayisədə isə 2,1 faiz artıb.

Jurnalistlərin fikrincə, bütün bunlar Türkiyə Bankının oktyabr iclasında faiz dərəcəsinin endirilməsi ehtimalını artırır, baxmayaraq ki, ekspertlər ümumiyyətlə yüksək enerji qiymətlərinin və geosiyasi qeyri-müəyyənliyin mərkəzi bankı bir daha ehtiyatlı olmağa məcbur edəcəyinə inanırlar.

“MUFG Bank Turkey”in xəzinədarlıq rəhbəri Onur İlgen qeyd edib ki, “Enerji qiymətlərində əhəmiyyətli dərəcədə azalma olmadığı təqdirdə, mərkəzi bankın oktyabr iclasında hər hansı bir tədbir görəcəyini gözləmirik”.