Rusiyalı milyarderlər qəflətən yoxsullaşdılar – Görün nə qədər sərvət itiriblər

İlin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 25 milyard dollardan çox azalıb.

Bu barədə “Bloomberg Billionaires Index” (BBI) yenilənmiş məlumatlarında bildirib.

Mixail Proxorov 1 oktyabr tarixinə ən böyük itkini yaşayıb. Hesabat dövründə onun xalis sərvəti 6,22 milyard dollar azalaraq 10,4 milyard dollara düşüb.

“Yoxsullaşan” rusiyalı sahibkarların ilk üçlüyünə həmçinin “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin (4,28 milyard dollar azalaraq 22,1 milyard dollara düşüb) və USM-in təsisçisi Əlişir Usmanov (2,69 milyard dollar azalaraq 16,6 milyard dollara düşüb) də daxil olub.

Bu arada, NLMK-nın baş direktoru Vladimir Lisinin sərvəti 2,62 milyard dollar azalaraq 21,1 milyard dollara düşüb. “Telegram”ın qurucusu Pavel Durov bu ​​dövrdə 2,56 milyard dollar itirib və sərvəti 11,8 milyard dollara endirib.