Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ – FOTO

Payız gəldi, bağlar yenə saraldı,
Külək əsdi, budaqlardan yaraldı,
Bir yarpaq da torpaqlara boylandı,
Dünyanın sirridir o yarpaq ömrü.

Bahar gəldi, dağ döşündə gül açdı,
Çaylar axdı, daşlar üstə yol açdı,
Hər tumurcuq öz sirrini dil açdı,
Təbiətin dilidir o yarpaq ömrü.

Səhər düşdü, şehə büründü çəmən,
Günəş qalxdı, nur saçıldı hər yerdən,
Bir yarpaq da boylandı öz yerindən,
Ömrün ilk nəfəsidir o yarpaq ömrü.

Külək gəldi, sarı yarpaq titrədi,
Ağac susdu, budaq dərindən əsdi,
Torpaq üstə saralmış yarpaq düşdü,
Son ayrılıq yeridir o yarpaq ömrü.

İnsan gəlir, bir gün gedir dünyadan,
İz axtarır keçdiyi hər yollardan,
Adı qalır sevgidən, yaxşılıqdan,
Ömrün əmanətidir o yarpaq ömrü.

Nə ucalıq əbədi, nə də şöhrət,
Nə sərvət var, nə də bitməyən dövlət,
Qaldı yalnız ürəklərdə məhəbbət,
Bizə yadigardır o yarpaq ömrü.

Bir yarpaqdır bu dünyanın hər günü,
Bir gün yazdır, bir gün payız sürgünü,
Hər nəfəsdə gizlənir ömrün sonu,
Zamanın hökmüdür o yarpaq ömrü.

Ey könlüm, sən bu dünyada iz burax,
Yaxşılıq et, könüllərdə bir çıraq,
Gün gələndə sən də düşərsən, yarpaq,
İnsanlıq payıdır o yarpaq ömrü.