Mən bu pulu necə ödəyəcəm? – Mərc oyunlarının qadağasına qarşı çıxdı

Flamenqo”nun prezidenti Luis Eduardo Baptista Braziliyada onlayn mərc oyunlarına qoyulan qadağanı tənqid edib.

25 sentyabrda Braziliya Prezidenti Lula da Silva ölkədə onlayn mərc oyunlarının və reklamının tamamilə qadağan edilməsi barədə fərmanlar imzaladı. Qadağa artıq qüvvəyə minib, lakin Konqresin qanunvericiliyi təsdiqləmək və ya rədd etmək üçün 120 günü var. Konqres rədd etsə, fərman ləğv ediləcək.

“Yanvar ayında Paketa üçün necə pul ödəyəcəyəm?! Mən “Flamenqo” ilə ciddi bir öhdəlik götürmüşəm. “Flamenqo”nun etdiyi hər şey qanun çərçivəsindədir. Lakin bu tədbir gələcək gəlirləri təhlükə altına qoyur.

Bu, futbol komandasının əmək haqqına, etdiyimiz transferlərə, Olimpiya idman növlərinə və vergi güzəştlərinə təsir göstərir.

Səmimiyyətlə ümid edirəm ki, gələn həftədən etibarən bu məsələyə ya Ali Federal Məhkəmə, ya da Milli Konqres tərəfindən baxılacaq, çünki onların bu müvəqqəti tədbiri rədd etmək üçün bütün vasitələri və imkanları var”, – Baptista deyib.

Fevral ayında “Flamenqo” Paketanı Braziliya futbolu üçün rekord məbləğ olan 42 milyon avroya alıb.

Qeyd etmək lazımdır ki, bukmekerlər Braziliyanın yüksək divizionundakı 20 klubdan 14-ü üçün titul sponsoru kimi çıxış edirlər. “Flamenqo” bütün Braziliya klubları arasında ən böyük müqaviləyə malikdir və ildə təxminən 50 milyon dollar qazanır.

Klubların formalarından və stadionlarından bukmeker reklamlarını çıxarmaq üçün 5 oktyabra qədər vaxtı var.