Türk Birliyi – Xəyaldan gerçəkliyə…

0
490
Prezident İlham Əliyev: “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.”
Türk Dövlətləri Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanın evsahibliyi, Prezident İlham Əliyevin sədrliyi ilə 15 oktyabrda Bakıda keçirildi. – Paytaxtımız, ölkəmiz, ümumən türk dünyası tarixi gün yaşadı! Saatlar Bakıda quruldu, gözlər Bakıya dikildi, yollar Bakıya gətirdi, qərarlar Bakıdan duyuruldu! Zirvə Görüşündən öncə, müxtəlif səviyyələrdə bir neçə önəmli görüş, müzakirə də oldu. Zirvə Görüşü başa çatsa da, müzakirələr, təhlillər davam edir, hələ yeni-yeni müzakirələrə də səbəb olacaqdır.
Bəli, bir zamanlar xəyal olanlar gerçəkləşirsə, ortaq keçmişdən ortaq gələcəyə yol xəritəsi cızılırsa, bu, sözün bütün dərinliyi və böyük hərflərlə HADİSƏdir!
Bir neçə il yalnız dörd türk dövlətinin üzvlüyü ilə varlığını sürdürən Türk Şurasına digər qardaş dövlətlərin, habelə uzaqdakı qan qardaşımız Macarıstanın da qatılması ( –cəsarətlə qatılması!) üfüqügenişlikdən xəbər verən (hadisə kimi) hadisədir!
Ağsaqqal kimi ağsaqqal Nursultan Nazarbayevin Türk Şurasına daimi başqan seçilməsi, daimi başqanın ali ordenlə təltif edilməsi, habelə onun önərisi ilə “türkdilli” qavramının daha doğru ifadə ilə əvəzlənməsi, irəligörüşlü fikirlərin açıq ifadə olunması hadisənin tam da özüdür!
Duyğular, düşüncələr, özləntilər, gözləntilər fikrə, hərəkətə çevrildi, Tanrıya çox şükür; çox şükür türk birliyi xarakterə çevrilir; Tanrının nəzəri, dövlətlərimizin, dövlət başçılarımızın çox ciddi çalışmaları ilə türk birliyi ölkələrimizin taleyinə dönüşür! Rəhmətlik Zəlimxan Yaqub necə deyirdi? – “Yoldaşımız səbr, dözüm olacaq”, “Üç gün-beş gün gecim-tezim olacaq”, “Müjdəçilər düzüm-düzüm olacaq”, “Həqiqətlər çözüm-çözüm olacaq”…
Olur, çox şükür, olur! – Haqq dünyasında olan başqa bir şairimiz – rəhmətlik Şair Vəli deyirdi, “Olacaqlar olacaqlar”..!
Əziz oxucu, hələ 1997-ci ildə Azərbaycanın evsahibliyi ilə Zuğulbada keçirilən Türk Dünyası Gənc Başqanlar Toplantısında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) yaradılması ideyası ilə çıxış etmiş, 1998-ci ilin may ayında Türkiyənin evsahibliyi ilə Ankarada – “Türk Ocaqları”nda keçirilən növbəti Başqanlar Toplantısında DGTYB-nin yaradılması üçün İşçi Qrup yaradılmasına nail olan, nəhayət, Qazaxıstanın evsahibliyi ilə (1998-ci ilin sentyabrında) keçirilən VIII Türk Dünyası Gınclik Günləri və Qurultayında Birliyin yaradılması ilə başqan seçilən, 15 il bu Birliyə başqanlıq etmiş bir qardaşınız olaraq, türk birliyi yolu, yolçuluğu nədir, necədir..? – bu barədə az-çox bilgisi olanlardan biriyəm. (O zamanlar ortaq türk qurumlarının yüzdə 99-u hələ mövcud deyildi). Beləliklə, məhz bu bilgi, bu özkeçmişlə, “Naxçıvan Zirvəsinin 10 illiyində keçirilən Bakı Zirvəsi ümumtürk hadisəsi, tarixə altın hərflərlə yazılacaq yeni səhifə, bir sözlə, ümidlərin inama çevrilməsidir!” deməm qüsur sayılmaz. Bu inamı bizlərə aşılayan dövlət böyüklərimizə min alqış! Zamanında türk birliyi yolunda şəhid olmuş, bu yola ömür həsr eləmiş bütün fikir, dava adam-larının ruhu şad olsun!
***
Bakıda keçrilmiş Türk Dövlətləri Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən bir çox məqamları ayrıca vurğulamaq, sayğı ilə fərq¬ləndirərək, oxucularla bir daha bölüşmək istərdim. – Bu fikirlər bizə qüvvət verir, gücümüzə güc qatır, inamımızı qətiləşdirir, yolumuzu aydınlaşdırır! – Türk dövlətləri arasında əməkdaşlığın inkişafının respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biri ol¬du-ğunu deyən dövlət başçımız Naxçıvan Zirvəsinə xüsusi diqqət ayırdı:
“Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı ya-radıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zən-gəzur bölgəsinin Azər¬baycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dün-yasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.”
Bilirsiz, əziz oxucu, tarixi Azərbaycan torpağı Zəngəzurun mötəbər Zirvədə xatırladılması, Azərbaycan Prezidentinin məlum Soçi nidası, ardınca Aşqabat ittihamından sonra, (qısa aralıqla) artıq üçüncü sərrast (faktoloji!) zərbədir! Yəni, qardaşlarımız da, dünya birliyi də, bilməlidir ki,  nəinki Qarabağ mövzusunda qarşılıqlı güzəşt tələb etməli, əksinə, Ermənistanın özünün tarici Azərbaycan torpağında bərqərar edilməsi özü güşətsə güzəştin də ən böyüyüdür və qarşı tərəf öncə sahibləndiklərindən daha da, şirnikir, iştaha gəlir.
Əslində, o masa qırağında əyləşmiş qardaş ölkələrin çoxu “erməni xəstəliyi” – “armeni¬fobiya”dan, “dənizdən-dənizə ermənistan” xülyasından, qondarma “1915-ci il erməni soyqırımı” siyasi fü-huşundan, əsilsiz “qədim, mədəni erməni xalqı” ya¬raşdırması ilə mənimsəmələrdən (erməniləş¬dir-mələrdən) az və ya çox dərəcədə zərbə almışdır. İndi daha gur səslə, daha gerçəkçi bir şəkildə deyə bilərik:
“QARABAĞ – TÜRK DÜNYASININ ORTAQ PROBLEMİDİR!”
Bu planda qardaş ölkə liderlərinin diqqətini mövzunun mahiyyətinə cəlb edən dövlət başçımız, Türk Dövlətləri Əmək¬daşlıq Şurasının öncəki Zirvə görüşlərinin “Yekun Bəyanat”larında da dövlətlərin ərazi bütöv¬lüyünə dəstəyin təsbit edildiyini xatırladaraq dedi:
“Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.
Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.”
***
Naxçıvan Zirvəsindən ötən 10 il ərzində Türk Dövlətlərin Əməkdaşlıq Şurasınını bir təşkilat olaraq önəmli inkişaf yolu keçdiyini vurğulayan cənab Prezident dedi: “Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya, kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Aka¬demiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.”
Diqqəti TürkPA-nın uğurla fəaliyyətinə cəlb edən dövlət başçımız, bu ortaq türk qurumunun bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq etdiyini təqdir edərək, fikrini belə ümu-miləşdirdi: “Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.”
Türk Şurasının daha yeni bir törəmə platforma ilə də çıxış etdiyi Bakı Zirvəsində geniş şəkildə duyurulmuş oldu, başqa sözlə sahibkarlıq, biznes sahəsində yeni dövrün çağırışlarına olumlu cavab arayışları dövlət başçılarımızın təqdirini gördü.
Azərbaycan Prezidenti dedi: “Azərbaycanda geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb.
Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib.
…Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doq¬quzuncu yerdəyik.
İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb.
Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azər¬baycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqti¬sadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.”
Elə bilirəm, cənab Prezidentin bu sözləri, bu sözlərdə yer alan informasiya, Türkiyə iqtisadiyyatına Azərbaycanın, Azərbaycan iqtisadiyyatına Türkiyənin yatırımları barədə faktrların deyilməsi, digər qardaş ölkələrə də bir çağırış oldu.
***
“Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əmək-daşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər.” – Prezidentin bu sözləri, habelə 2018-ci ildə qardaş ölkələrdən 8 milyon ton yükün respublikamız vasitəsilə daşınmasını xatırlatması, Azər¬baycanın etibarlı tranzit ölkəsi olaraq qardaş ölkələrin dünya bazar-larına çıxışı üçün malik olduğu imkanlar və bu imkanlardan geri qalmayan siyasi iradədən xəbər verir.
Prezidentimizin vurğuladığı kimi, dövlətimiz enerji sahəsində işbirliyinə böyük önəm verir və bu önəmvermə, Azərbaycanın sözügedən sahədə də imkanlarını təqdim etməsi ilə özünün parlaq ifadəsini tapır: “Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azər-baycan vasitəsilə dünya bazarlarına nəql edilir”.
***
Dövlət başımızın üzərində xüsusi dayandığı istiqamətlərdən biri də, turzim sektoruydu.
Heç kəsə sirr deyil ki, qeyri-neft sektorunun qalxınması, habelə bölgələrin sosial-iqtisadi inkişafı dövlət siyasətinin tərkib hissəsidir, bu istiqamətlər dövlətin məsələyə konseptual yanaşması ilə inkişaf etməkdədir.
Yalnız cari ilin ilk doqquz ayında respublikamıza 2 400 000 min nəfər turist səfər edib; bunlardan yalnız 330 000 nəfəri qardaş ölkələrdən gələn turistlərdir. Əlbəttə, könül istər, bu say daha çox olsun. Digər gediş-gəlişlərlə yanaşı, tursi sayının artması da xəlqi səviyyədə qaynayıb qarış-mağımıza, necə deyərlər, mədəni paylaşımlara, sözün ən müsbət emosiyası ilə alış-verişlərə öz müsbət təsirini göstərmiş olardı. Prezidentimizin dediyi kimi: “Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq.”
***
Türk Kənəşinə – Türk Dövlətləri Əməkdaşlıq Şurasına başqanlıq respublikamıza keçdi. Cənab Prezi¬dentin əmin etdiyi kimi, Azərbaycanın başqanlığı dövründə Türk Şurasında ( -üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə) işbirliyinin dərinləşəcəyinə inanırıq.
Dövlətlərimizin qardaşlığı bəngü olsun!
p.s. Ərəblər deyir, bu dünyada təsadüf yoxdur, təvafüq var. Nə təvafüqdür ki, mən Türk Şurasının Bakı Zirvəsi haqqında bu yazını Bakıda planlaşdırdım, İstanbulda yazmağa başladım və nəhayət, “Türk Dünyası Şeir Axşamı” üçün gəldiyim Tokatda tamamladım. Uçaqda, hava limanında, restoranda, dost-tanış arasında nə qədər insanın Bakı Zirvəsindən danışdığını görümək, təbriklər eşitmək çox xoşdur, qürurvericidir!