Səfər ayını niyə belə adlandırıblar?

0
550

Səfər ayı Məhərrəm ayından sonra gəlir və Qəməri ilinin ikici ayı hesab olunur. Səfər sözü sıfr sözündən götürülmüşdür və mənası boş deməkdir. Bu ayı ona görə belə adlandırıblar ki, cahiliyyətin insanları Məhərrəm ayında vuruşmaqdan çəkinərdilər. Çünki onu haram ay hesab edərdilər. Elə ki, Məhərrəm ayı sona çatar, hamı vuruşmaq üçün hazırlaşar və evlər boş qalmağa başlayardı.

Tarixin çox sayda hadisəsi məhz bu ayda baş vermişdir. O cümlədən:

1. Səfər ayının 1-də İmam Hüseynin (ə) mübarək başını Şama aparırlar.

2. Səfər ayının 1-i – Siffeyn döyüşünün başlandığı gündür.

3. Səfər ayının 1-də və Zeyd ibni Əli ibni Hüseyni qətl edirlər.

4. Səfər ayının 2-də Zeydin ölməsi münasibətilə Yezid məclis təşkil edir.

5. Səfər ayının 3-də İmam Baqir (ə) dünyaya gəlmişdir.

6. Səfər ayının 4-də Ayətullah Muhəmmədəli Şahabadi vəfat etmişdir.

7. Səfər ayının 5-də Həzrət Rüqəyyə (s.ə) şəhid olur.

8. Səfər ayının 7-də İmam Kazımın (ə) mövlud günüdür.

9. Bəzi mənbələrə görə, səfər ayının 7-si – İmam Həsən Müctəbanın (ə) şəhadət günüdür.

10. Səfər ayının 8-də Salman Farsinin vəfat günüdür.

11. Səfər ayının 9-da Əmmar Yasir şəhid olur.

12. Səfər ayının 12 -də Həzrət Musanın (ə) qardaşı olan Harunun vəfat günüdür.

13. Səfər ayının 13-də Əmr Asın Siffeyndə hiylə işlətdiyi gündür.

14. Səfər ayının 14-də Muhəmməd ibni Əbu Bəkrin şəhid olduğu gündür.

15. Səfər ayının 20-də Ərbəin günüdür.

16. Səfər ayının 24-də Peyğəmbərin (s) xəstəliyi güclənir.

17. Səfər ayının 25-də Peyğəmbərin (s) vəsiyyət yazmaq istəyir və buna bəziləri tərəfindənmane olunur.

18. Səfər ayının 28-də Peyğəmbərin (s) vəfat günüdür.

19. Səfər ayının 29-da (və ya 30-da) İmam Rzanın (ə) şəhid edildiyi gündür.

Beləliklə deyə bilərik ki, Səfər ayını ona görə belə adlandırıblar ki, bu ayda cahil insanlar vuruşmaq üçün evlərindən çıxarlar və evləri boş qalardı.

Səfər sözünün mənası ona görə “boş qalmaq”dır.