Yaşam “Biz”dənmi asılıdır?

Mənim fikrimcə, hər bir kəs on beş yaşından sonra şəxsi fikirlərini söyləmək, paylaşmaq ixtiyarına mənsubdur.
Onlara qiymət vermək də bir kəsin şəxsi dünyagörüşü, anlamaq səviyyəsi, qəbuletmə duyğusundan çox asılıdır.
İnsanın ehtiyacları bu əsas amillərin yüksək səviyyəsinə necə nail olur? Bəs bu səviyyənin müəyyənləşdirilməsi hansı keyfiyyətləri tələb edir?
Aydın məsələdir ki, minillər boyu insani yaşam ehtiyaclarının hər bir sahəsinin araşdırılması davam etmişdir.
Öyrəntilər və onların tətbiqi axarı müəyyənləşdirilsə də, hazırda süni intellekt insani ehtiyacların bir çoxunu sual altına qoyur.
Yaşam asanlaşırmı, yoxsa dayanır? Bəlkə avtomatik dövr yaşayır?
Amma qəlblərə yol tapmayacağına inanmayaq. İnsani duyğuları həyat tərzi deyil, ülvi amallar müəyyənləşdirir.
Yaranışın qüdrətinə yiyələnmək qeyri-mümkündür, verilən dünyanın da.
Biz nə etsək də, ya yaşamı yüngülləşdiririk, ya da ona son qoyuruq.
Hələ ki, insani keyfiyyətlərin və bacarıqların istifadəsi ilə yaşayırıq. Beynimiz, əlimiz, gücümüz, ehtiyacımız bizi idarə edir.
Süni intellekti yaradan da bizik. Demək ki, onu məhv etmək də bizim əlimizdədi…
Amma “Biz” dediyimiz təəssüf ki, sual altındadır. Bizləri müəyyənləşdirmək də…
İndi on beş yaşında olanların fikri müasirliyə meyillidir. Artıq yaşlıların təfəkküründə formalaşmış “dünya dövr edir” anlayışı da dəyişməyə döğru gedir.
Bizlər – hər kəsin fikrinə uyğun insanlar qrupu…
Bizi yalqızlıqda qoymasın…

Sənubər Səhər